Katrin Muşe

Katrin Muşe

Aktrisa

BİOQRAFİYA

Katrin Muşe — fransalı aktrisadır. 21 avqust 1959-cu ildə Fransanın Paris şəhərində anadan olub. Katrin Muşe Alen Kavalyenin “Tereza” filmində Vesa rolu ilə kinoda debüt edib. Film 1986-cı ildə Kann kinofestivalının mükafatına layiq görülüb. 1987-ci ildə ən perspektivli aktrisa nominasiyasında “Sezar” və Romi Şanyder mükafatını qazanıb. 1980-1990-cı illərdə Muşe teatrda  “Günəş qayıtmasa”, “Axşamınız xeyir”, “Avqustun sonu, sentyabrın əvvəli” tamaşalarında oynayıb. 1999-cu ildə Katrin Muşe rejissor Pyer Jolivenin “Balaca biznesim” filmində katibə Lüsi rolunda çəkilib. Həmin roluna görə ən yaxşı ikinci dərəcəli aktrisa kateqoriyasında “Sezar” namizəd olub. 2000-ci illərin əvvəllərindən kino və televiziyada aktiv çəkilir.  


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Муше,_Катрин

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç