Binnur Kaya

Binnur Kaya

Aktrisa

BİOQRAFİYA

Binnur Kaya – türkiyəli aktrisadır. 19 aprel 1972-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Aktrisa 27-dən çox kino və seriala çəkilib. Gənc yaşlarında İstanbula köçüb. Orada Ankara-Sahnesi və Karatahta uşaq teatrlarında işləməyə başlayıb. Ardınca Bakırköy Bələdiyyə teatrının səhnəsinə çıxıb. Teatrda çalışdığı vaxt Hülya Avşar şousunda Asiya rolunda teledebütünü gerçəkləşdirib. BKM truppasına qoşulduqdan sonra, “Bir Demet Tiyatro”, “Diplomatiya cəfəngiyyatı” seriallarına çəkilib. “Dış Kapının Mandalları” serialında görüntülənib. Ardınca “Çarli”, “Yeni həyat” seriallarının aktyor heyətinə qoşulub. 2003-cü ildə rejissor Ömer Varqinin “İnşaat” filminə çəkilib. Daha sonra “Avropa tərəfi”, “Xarici nişanlı”, “Mənim atam və oğlum”, “Mənim həyatımın qadını”, “Kiçik qiyamət” kimi filmlərdə rol alıb. 2007-ci ildə “Qara ilan” serialında Antepli Əminə rolunu oynayıb. 2019-cu ildə “Zənginlər və yoxsullar” serialında Berrin rolunu ifa edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
 https://kinoturkey.ru/tureckie-aktrisy/2385-binnur-kaya.html 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç