Öner Erkan
Aktyor
Öner Erkan – türkiyəli kinoaktyordur. 4 yanvar 1980-ci ildə İzmir şəhərində (Türkiyə) anadan olub. 22 il doğma şəhərində yaşayıb. Yuxarı siniflərdə oxuyanda aktyorluq sənəti kurslarına getməyə başlayıb. 2002-ci ildə Dokuz Eylül Universitetinin teatr fakültəsini bitirib. Daha sonra İstanbula köçərək orada Bahçaşehir Universitetində magistr dərəcəsi əldə edib. 2001-ci ildə TRT telekanalında uşaq proqramının aparıcısı olub. 2002-2004-cü illərdə İstanbul Şəhər Teatrında rəqqasə işləyib. Teatr aktyoru qismində Haluk Bilginerin teatr emalatxanasına daxil olub. Öner Erkan bir sıra seriallarda baş rolları oynayıb. Ssenarist Gülse Birselin “Avrupa yakası” serialında gənc məşuq Fatoş rolunu ifa edib. 2012-ci ildə Dəkkə Beynəlxalq Kinofestivalında “Ən yaxşı aktyor” mükafatını əldə edib. 2013-cü ildə “Afife Theatre” teatr mükafatını əldə edib. 2017-ci ildə Öner Erkan “Çuxur” populyar kriminal serialında Səlim rolunu oynayıb. Seriala onunla yanaşı Aras Bulut İynemli, Erkan Kolçak Köstendil, Dilan Çiçək Deniz, Rıza Kocaoğlu, Ercan Kösal, Perihan Savaş kimi aktyorlar çəkilib. 2018-ci ildə “Ahlat ağacı” dramında imam rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C3%96ner_Erkan