Şon Yue

Şon Yue

Aktyor

BİOQRAFİYA

Şon Yue – honkonqlu aktyor, model və müğənnidir. 1981-ci ildə Çində anadan olub. Asiyada kifayət qədər populyar şoubiznes ulduzlarından sayılır. Uşaq vaxtı küçədə gəzən zaman təsadüfən “Starz People” model agentliyinin işçisinin diqqətini çəkib. Beləcə o hələ həddi buluğa çatmamış model kimi fəaliyyətə başlayıb. Ancaq yaşı ilə əlaqədar yarım-ştat işləməli olub. 16 yaşı tamam olanda tam-ştat üzrə işləməyə başlayıb, “Giordano”, “Sony”, “Timberland”, “Gillette”, “Meko”, “Coca-Cola” və digər dünyaca məşhur brendlərlə əməkdaşlıq edib. Aktiv model karyerası dövründə aktyorluğa da maraq göstərib. Bir neçə filmə çəkildikdən sonra, “Mou gaan dou” (2002) kriminal dramında oynadığı rolla məşhurlaşıb. 2002-ci ildən etibarən mütəmadi olaraq tammaterajlı filmlərə və seriallara çəkilib. O həmçinin bir sıra kliplərə çəkilib. Şon Yue 2005 və 2011-ci illərdə mahnı albomlarını buraxıb. Onun həmçinin bir neçə sinqlı çıxıb. Şon Yue Ceki Çan, Endi Lau, Ka Tanq Lam, Saymon Yam, Edison Çen və digər aktyorlarla tərəf-müqabili olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/shawn_yue/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç