Şu Tsi
Aktrisa, ssenarist
Şu Tsi 16 aprel 1977-ci ildə Taypeydə yoxsul bir ailədə dünyaya gəlib. On yeddi yaşında olanda Honkonqa köçüb. Orada fotomodel olaraq bir sıra erotik jurnallar üçün çılpaq pozlar verib. Jurnalların birinci prodüseri Manfred Vonqun diqqətini çəkib və sonuncu onu bir sıra erotik filmlərin o cümlədən “Seks və dzen 2” filminin çəkilişinə dəvət edib. 1999-cu ildə Enq Li aktrisanı “Oturan pələng, gizlənən əjdaha” filminin çəkilişlərinə dəvət edib. Ancaq çəkilişlərin yeddinci həftəsində aktrisanın meneceri Manfred Vonq ona həmin roldan imtina edib, “Coca-Cola”nın Yaponiya auditoriyası üçün reklamına çəkilməyi təklif edib. Nəticədə Cen rolu gənc aktrisa Çjan Tsıya nəsib olub. Sonuncu isə bu roluna görə Asiyanın ən məşhur aktrisalarından birinə çevrilib. Bundan sonra Şu Tsi öz meneceri ilə yollarını ayırıb. Həmin vaxtdan bəri aktrisa öz rollarını diqqətlə seçir. 2002-ci ildə eyni vaxtda onun iştirakı ilə 2 film hitə çevrilib: “Daşıyıcı” adlı fransız blokbasterinə çəkilib, həmçinin Asiyada kifayət qədər populyarlıq qazanmış “Döyüş mələkləri” filmində baş rolu oynayıb. 2004-cü ildə “Göz 2” qorxu filmində oynadığı rolla kifayət qədər uğur əldə edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%83_%D0%A6%D0%B8