Çen Şu

Çen Şu

Aktrisa

BİOQRAFİYA

Çen Şu – çinli aktrisa və müğənnidir. 9 mart 1977-ci ildə Çinin Hubey əyalətinin Xuanşi şəhərində anadan olub. Atası rəqqas olub. Ana nənəsi və babası Hubey Universitetinin professorları olub. Uşaqlığından bəri rəqslə məşğul olub. 11 yaşında Pekinə köçüb və Pekin rəqs Akademiyasının orta məktəbinə daxil olub. Orada çin milli rəqsləri ilə məşğul olub. 1992-ci ildə məktəbi bitirərək şərq rəqs truppasına rəqqasə qismində qoşulub, 1999-cu ilə kimi truppasının üzvü olub. 1998-ci ildə “Musiqi səsi” müziklında oynayıb. 2001-ci ildə Mərkəzi Dram Akademiyasını bitirib, orada aktyorluq sənəti üzrə ali təhsil alıb. 2001-ci ildə “Zaman səyyahları” teleserialında görüntülənib, daha sonra “Çju Mey” pyesində səhnəyə çıxıb. Həmin ilin uğurundan sonra Çin şoubiznesinə qoşulub. 2008-ci ildə Red Man Awards mükafatlandırma mərasimində “İlin sənəti” mükafatını qazanıb (“Sübh” dramına görə). 31 mart 2013-cü ildə Çin Televiziya Dramı Festivalında “ən yaxşı aktyorların onluğu” nominasiyasında mükafata layiq görülüb. 2009-cu ildə Çen çinli-avstraliyalı musiqiçi Çjao İn İnlə ailə qurub. 23 may 2018-ci ildə “Dənizdən gələn qadın” dramında oynadığı rola görə “İlin aktrisası” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://doramalive.ru/person/chen_shu_1977/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç