Emili Elin Lind

Emili Elin Lind

Aktrisa

BİOQRAFİYA

Emili Elin Lind — amerikalı aktrisadır. 6 may 2002-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Gənc yaşlarına baxmayaraq Lindin filmoqrafiyasına hər bir hollivud aktrisası həsəd apara bilər. Lind prodüser və rejissor köməkçisi Con Lindin və aktrisa Barbara Elin Vudsun qızıdır. Emili Elin Lindin kinokaryerası uşaq yaşlarından başlayıb. O “Arıların gizli həyatı” (2008) filmində debüt edib. 2011-ci ildə Lind üçün rejissor Klint İstvudun “C.Edqar” bioqrafik dramında Şirli Templ rolunda çəkilmək şansı yarandı. Filmdə Leonardo Di Kaprio və Naomi Uotts ilə tərəf-müqavili olub. 2012-ci ildə “Konnektikutda Kabuslar 2: Corciya Ruhları” trillerində Haydi Uirik rolunda və “Uçuşların təlimi” filmində disleksiyadan əziyyət çəkən Maliya Fitspatrik rolunda çəkilib. Bundan savayı Lind “Gizlənərək” (2015) elmi-fantastik filmində baş rolda və “Dayə” komediya qorxu filmində rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://2aktera.ru/aktrisy/emili-elin-lind

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç