Nana Patekar

Nana Patekar

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Nana Patekar 1 yanvar 1951-ci ildə Murudda (Maşaraxştra, Hindistan) anadan olub. Əsl adı Vişvanatx Patekar – hindistanlı aktyor və kinorejissordur. Dördqat “Filmfare” mükafatı və üçqat Hindistan Milli Kino Mükafatı laureatıdır. 2013-cü ildə Hindistanın Padma Şri hökumət mükafatı ilə təltif olunub. Bir versiyaya görə Patekar rəssam Dinkar Patekar və onun həyat yoldaşı Sancananın ailəsində dünyaya gəlib. Başqa və daha çox qəbul olunan versiyaya görə, tekstil biznesmeni Qancanand Patekar və onun həyat yoldaşı (evdar xanım) Nirmalanın ailəsində dünyaya göz açıb. Ailə Hindistanın kiçik şəhərciyində yaşayıb. Nana ailənin üç övladından biri olub. Valideynləri daha çox o biri qardaşlarına diqqət ayırdığından, hər zaman ata-anasının rəğbətini qazanmağa can atıb. Özünün dediyinə görə məhz belə bir rəqabət ona karyerasının əvvəlində bir sıra çətinlikləri aşmaqda kömək edib. Nana Patekar marahti dilində bir neçə filmə çəkilib: Maaficha Sakshidar (1986), Pak Pak Pakaak (2005), Deool (2011). 2008-ci ildə ilk dəfə olaraq tamil filmində rol alıb (Bommalattam). 2010-cu ildə Nana Patekar ilk dəfə olaraq kannada dilində “Yaksha” adlı filmə çəkilib. Orada polis zabiti rolunu oynayıb. Kinorejissor kimi debütünü 1991-ci ildə gerçəkləşdirib (“Əsgərin taleyi”). 20 il sonra öz ikinci filminə ssenari yazıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%82%D0%B5%D0%BA%D0%B0%D1%80,_%D0%9D%D0%B0%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç