Məhəmməd Uzuner

Məhəmməd Uzuner

Aktyor

BİOQRAFİYA

Məhəmməd Uzuner - türkiyəli aktyordur. Daha çox doktor Semal rolu ilə tanınır. Türkiyəli aktyor 1965-ci ildə Samsun şəhərində anadan olub. 1992-ci ildə Ankara Dövlət Universitetinin dilçilik, tarix və coğrafiya fakültəsinin teatr bölməsini bitirib. 1993-cü ildə Antalyada Teatr emalatxanasını təsis edərək, onun direktoru və bədii rəhbəri olub. Aktyor və rejissor olaraq Antalyanın şəhər və dövlət teatrlarında, həmçinin İstanbulun Pera teatrında qoyulan tamaşalarda iştirak edib. Ekranlarda ilk dəfə 2004-cü ildə “Böyük yalan” serialında görüntülənib. Növbəti rolu “Yandırılmış torpağ” serialında oynadığı rol olub. Böyük ekranlarda isə debütünü “Bulanıq sularda” kriminal dramında gerçəkləşdirib. 2011-ci ildə rejissor Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda” kriminal dramında baş rola çəkilib. Çəkiliş meydanındakı tərəf- müqabilləri Yılmaz Ərdoğan, Taner Birsel, Ersan Kösal və başqaları olub. Bir ildən sonra rejissor Əli Aydının “Toz” filminə çəkilib. Ardınca “Öz ərin kimi danış” filmində Ebru Cündübeyoğlu, Eda Ece, Leyla Erdoğanla tərəf-müqabili olub. 2016-cı ildə filmin sikvelinin çəkilişlərinə qatılıb. O həmçinin “Möhtəşəm əsr: Kösem imperiyası” serialına çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/muhammet_uzuner/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç