Brüs Bokslaytner

Brüs Bokslaytner

Aktyor, produser

BİOQRAFİYA

Brüs Uilyam Boksleytner (ing. Bruce William Boxleitner) – amerikalı aktyordur. 12 may 1950-ci ildə İllinoys ştatının Elcin şəhərində auditor ailəsində anadan olub. Maunt Prospekt məktəbində oxuyub. Daha sonra Qudman adına dram-teatr məktəbini bitirin (Çikaqo İncəsənət İnstitutu nəzdində). “Tron: İrs”, “Baltimor Gülləsi” filmlərində oynadığı rolları və “Tron: Təkamül” video oyununda səsləndirdiyi personajla tanınır. Spec Ops: The Line video oyununda 33-cü tabor komandiri Con Konrad onun səsi ilə danışır. “Dead Space: Downfall” fantastik cizgi filmində Kolin Barrou adlı personajı səsləndirib. Cizgi filmi Dead Space video oyununun motivləri əsasında hazırlanıb. Eyni personajı oyunda da səsləndirib. 2011-ci ildə Alan Bredli rolunu “Tron 3” filmində davam etdirəcəyini rəsmi elan edib. 1977-ci ildən 1987-ci ilə kimi amerikalı aktrisa Ketrin Holkombla evli olub. Bu nikahdan onların Sem (1980) və Li (1985) adlı iki oğlu var. 1995-ci ildə aktrisa (“Vavilon-5” serialında çəkilmiş) Melissa Gilbertlə ailə qurub. Həmin il onların Maykl adlı oğlanları dünyaya gəlib. 2011-ci ildə cütlük boşanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BA%D1%81%D0%BB%D0%B5%D0%B9%D1%82%D0%BD%D0%B5%D1%80,_%D0%91%D1%80%D1%8E%D1%81

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç