Kerol Alt

Kerol Alt

Aktrisa

BİOQRAFİYA
Kerol Enn Alt (ing. Carol Ann Alt) — amerikalı model və aktrisadır. Model biznesində ilk böyük uğuru 1980-cı ildə Harper’s Bazaar jurnalının üz qabığında çıxmaq olub. 1982-ci ildə Sports Illustrated Swimsuit Issue jurnalının üz qabığına çıxan Kerol real məşhurluq qazanıb. 1986-cı ildən müxtəlif süjetli filmlərin: xüsusən italiya filmlərinin ulduzuna çevrilib. “Ölü dənizin lənəti” (2004) kanada filmində ulduz rollarından birini ifa edib. Televiziyada rolları səsləndirməyə dəvət alıb. Kerol Alt “Ciy yeyək” kitabının müəllifidir. “Bütün dövrlərin ən yaxşı 10 modei” sorğusunda Kerol Alt yalnız Keti Ayrlend, Kristi Brinkli, Jizel Bünhen, Sindi Kroufordan sonra 5-ci yerdə qərarlaşıb. 2013-cü ilin sentyabrında Fox News kanalının aparıcısı olub.1983-сü ildə hokkeyçi Ron Qreşnerə ərə gedib. Cütlük 1996-cı ildə yollarını ayırıb. Hal-hazırda rusiyalı özündən 7 yaş kiçik rusiyalı hokkeyçi Aleksey Yaşinlə birlikdədir. Cütlük münasibətlərini rəsmiləşdirməyib. Yaşin ESPN-ə verdiyi müsahibədə onunla evli olmadığını, bununla belə bir-birinə sevgidə sadiq olduqlarını dilə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D1%8C%D1%82,_%D0%9A%D1%8D%D1%80%D0%BE%D0%BB
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç