Tom Berencer

Tom Berencer

Aktyor

BİOQRAFİYA
Tom Berencer 31 may 1949-cu ildə Çikaqoda (İllinoys ştatı, ABŞ) irland katoliklərin ailəsində anadan olub. Atası “Chicago Sun-Times” nəşriyyatında işləyirdi. Tomasın Süzen adlı bacısı var. Berencer orta təhsilini “Rich East High School” məktəbində alıb. Sonra Kolumbiyada “University of Missouri”də jurnalistika üzrə təhsil alıb. Oxuduğu illərdə futbolla maraqlanırdı. Məktəbdə oynadığı tamaşalarda da çox uğurlu oyun nümayiş etdirib. Əvvəllər o, İllinoys ştatında teatrda oynayıb. Sonradan Nyu-York şəhərinə köçüb. Daha çox kəskin süjetli “Snayper” franşizasından olan filmlərdə canlandırdığı Tomas Beket obrazı ilə məşhurlaşıb. Bundan başqa “Bölük” (Platoon, 1986), “Başlanğıc” (Inception, 2010), “Yüksək liqa” (Major League, 1989), “Güllədən sürətli” (Faster, 2010) filmlərində oynadığı rollara görə tanınır. Aktyorun yaradıcılıq arsenalında 100-dən artıq kino və serial, həmçinin səsləndirmə rolu var. Son işi “Sargasso” (2018) filmində Co Smit rolu sayılır.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Berenger

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç