Keyt Bosuort
Aktrisa, prodüser
Ketrin Enn “Keyt” Bosuort - amerikalı kinoaktrisa və fotomodeldir. 2 yanvar 1983–cü ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Keyt ailədə yeganə uşaqdır. Anası Patrisiya Potter evdar qadın, atası Hel Bosuort isə "Talbots" dükanlar şəbəkəsinin müdirlərindən biri olub. Keyt Bosuort anadangəlmə sektor heteroxromiya xəstəliyindən əziyyət çəkir. Sol gözü mavi, sağ gözü isə qonurdur. Uşaq yaşlarından at çapmaqla məşğul olub. 14 yaşında atçılıqda çempion titulu qazanıb. Bosuortun aktyorluq karyerası 1998-ci ildən Robert Redfordun “Atları ovsunlayan” filmindən başlayıb. 2008-ci ildən Keyt "Calvin Klein Inc." şirkətinin yeni siması seçilir. 2010-cu ildə stilist Şer Koulterlə birlikdə dizayneri olduğu "JewelMint" zinət əşyaları brendini buraxır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kate_Bosworth