Fanni Ardan
Aktrisa, rejissor, ssenarist
Fanni Ardan 22 mart 1949-cu ildə anadan olub. Fransalı kino və teatr aktrisası, rejissordur. Jerard Depardye ilə Fransua Trüffonun “Qonşu qadın” filmində çəkilib. 1982-ci ildə bu roluna görə “Sezar” fransa kinomükafatına namizəd olub. Fanni Ardan Trüffo ilə qeyri-rəsmi nikahda olub və 1983-cü ildə Jozefina adlı qızı dünyaya gəlib. 1997-ci ildə “Gecə geyimi” filmindəki roluna görə “Ən yaxşı aktrisa” kimi “Sezar” mükafatına layiq görülüb. Kinokaryerası boyunca 60 artıq müxtəlif janrlı: komediya, dram, macəra filmlərinə çəkilib. Dünyanın ən məşhur rejissorları onu layihələrinə dəvət edib. İngilis dilini mükəmməl bilməsi sayəsində Hollivuda dəvət alıb. 2002-ci ildə Fransua Ozonun “8 qadın” filmində baş rollardan birini ifa edib və Berlin kinofestivalında ən yaxşı aktyor ansamblına görə “Gümüş ayı” mükafatına layiq görülüb. Ardan bu filmdə “Ən yaxşı aktrisa” kimi Sezar mükafatına namizəd olub. Fanni heç vaxt nikahda olmayıb. Onun qeyri-rəsmi nikahlardan üç övladı var. Lumir adlı qızı fransalı aktyor Dominik Leverddən, Jozefina adlı qızı (1983) Fransu Trüffodan, Baladin adlı qızı (1990) italiyalı kinematoqrafist Fabio Konservidən dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Ардан,_Фанни