Patris Lekont
Rejissor, ssenarist, aktyor
Patris Lekont — fransalı kinorejissor və ssenaristdir. 12 noyabr 1947-ci ildə Parisdə anadan olub. 1989-cu ildə fransalı prodüser Filipp Karkassonun təklifi ilə “Mesye İr” filmini çəkib. Film nüfuzlu Delyuk mükafatını qazanıb və “Sezar”a namizəd olub. Ardınca Lekont qadın və kişinin ideal məhəbbət axtarışında sonsuz mübarizəsinə həsr olunmuş özünəməxsus trilogiyanı - “Bərbər qadının əri” (Le Mari De La Coiffeuse, 1991), “Tanqo” (Tango, 1993), “İvonun ətri” (Le Parfum d’Yvonne, 1994) çəkib. Ancaq 1996-cı ildə çəkdiyi “Rişxənd” tarixi filmi “Sezar” mükafatının qalibi, “Oskar” mükafatına namizəd olub. 1998-ci ildə Alen Delon və Jan-Pol Belmandonun iştirakı ilə “İki nəfərə bir şans” (Une chance sur deux) kəskin və 1999-cu ildə “Körpüdə qız” (La Fille sur le pont) filmlərini çəkib. 2006-cı ildə Patris Lekont uğurlu işi olan Les Bronzés 3: amis pour la vie filminin üçüncü hissəsini çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Леконт,_Патрис