Lüsi Qriffits
Aktrisa
Lüsi Ursula Qriffits – ingilis aktrisadır. “Robin Qud” serialında ledi Marian rolunu oynaması ilə tanınır. Qriffits 1986-cı ildə İngiltərənin Brayton şəhərində anadan olub. Anası Petti Qriffits rəqs müəlliməsidir. Erkən yaşlarından rəqslə məşğul olub və özfəaliyyət teatr tamaşalarında iştirak edib. 16 yaşında olanda peşəkar teatr agenti onunla maraqlanmağa başlayıb. İncəsənət təhsilini Braytonun Varndin kollecində alıb. 2006-cı ilin fevral ayında BBC-nin “Robin Qud” serialında ledi Marian rolunu alıb. Lüsi həmdə “Robin Qudun” son seriyasında ölüm ayağında olan Robini qarşılayan Marianın kabusunu canlandırıb. 2009-cu ildə “Sonun çatdı” adlı telefilm ekranlara çıxıb. Ekran əsərində Lüsi Betan Ansel rolunu oynayıb. Lüsi həmçinin “Xalis qan” adlı kult serialda Nora Qeynsboro rolunda tanınır. 2011-2013-cü illərdə həmin seriala çəkilib. 2014-cü ildə “Konstantin” teleserialının pilot epizodunda Liv Aberdin rolunu oynayıb. Növbəti seriyalarda onun qəhrəmanın süjetdən çıxarılıb. 2016-cı ildə “Moizəçi” serialının birinci mövsümündə Emili Vudrou rolunda çıxış edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D1%84%D1%84%D0%B8%D1%82%D1%81,_%D0%9B%D1%8E%D1%81%D0%B8