Aleksandr Poroxovşikov
Aktyor, rejissor, ssenarist
Aleksandr Şalvoviç Poroxovşikov - Sovet və rusiyalı teatr və kino aktyoru, kinorejissor, ssenaristdir. 1994-cü ildə Rusiya Federasiyası Xalq Artisti adını alıb. 31 yanvar 1939-cu ildə Moskvada Qalina Aleksandrovna Poroxovşikova (1921 —1997) və Şalva Barabadzenin (1916—1977) ailəsində dünyaya göz açıb. Kinoda debütünü 1966-cı ildə gerçəkləşdirib. Başqa mənbələr isə bunun 1967-ci ilə təsadüf etdiyini iddia edir. Hər halda rəsmi versiyaya görə, ilk dəfə ekranlarada “Axtarış” adlı kinofilmdə epizodik heykəltəraş rolunu oynayıb. 1989-cu ildə SSRİ-nin ilk özəl kinostudiyalarından sayılan “Rodina” Bədii Eksperimental Emalatxana studiyasını təsis edib. ”Leninterfilm” studiyasının əməkdaşlığı ilə öz ailəsinin həyatından bəhs etdən “Senzuranı hafizəmə yaxın buraxmıram” adlı tammetrajlı avtobioqrafik bədii filmini çəkib. Orada rejissorluqdan başqa, ssenarist və aktyor kimi çıxış edib. 1998-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunda aktyorluq sənəti fənnindən dərs deyib. Həmçinin kursun bədii rəhbəri olub. Rusiyanın Mərkəzi Ordu İdman Klubuna (SSKA) azarkeşlik edib. 15 aprel 2012-ci ildə Moskvada 74 yaşında dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D0%BE%D1%85%D0%BE%D0%B2%D1%89%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%A8%D0%B0%D0%BB%D0%B2%D0%BE%D0%B2%D0%B8%D1%87