Valentina Titova
Aktrisa
Valentina Antipovna Titova 6 fevral 1942-ci ildə Korolyov şəhərində (Moskva vilayəti) anadan olub. Valentina Titova hələ uşaq yaşlarında yerli Mədəniyyat sarayının səhnəsində debüt edib. İlk əvvəl Sverdlovsk vilayətinin Gənc Tamaşaçılar teatrının aktrisası olub. Daha sonra Bolşoy Dram Teatrının truppasına qoşulub. Səhnəyə çıxmazdan əvvəl 1964-cü ildə BDT nəzdində studiya-məktəbi bitirib. 1970-1992-ci illərdə Moskvada kinoaktyorlar studiyası teatrının aktrisası olub. Ən əlamətdar rollarını “Çovğun” (1964), “Sipər və qılınc” (1968), “Təhlükəli döngə” (1972), “Turbinli günlər” (1976), “Sergiy ata” (1978), “Petrovka, 38” (1979), “Karnaval” (1981), “Professor Douelin vəsiyəti” (1984), “Qadınları incitməy olmaz” (2000) filmlərində oynayıb. Son rolları arasında Yevgeniy Matveyevin “Russayağı sevməy” melodramı, Aleksandr Xvanın “Ölmək asandır” kriminal dramı, Yelena Raiskayanın “Başqa həyat” serialı və başqa bir rejissorun “Təsadüfi sevinc” serialında oynadığı rollar yer alır. Valentina Antipovna Titova Stanislav Rostotski, Mixail Şveytser, Lev Kulicanova, Qeorqi Daneliya, İqor Talankin, Yuriy Yeqorova kimi məşhur rejissorların filmlərinə çəkilib. Ən çox birinci həyat yoldaşı olmuş Vladimir Basovla əməkdaşlıq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B8%D1%82%D0%BE%D0%B2%D0%B0,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%B0_%D0%90%D0%BD%D1%82%D0%B8%D0%BF%D0%BE%D0%B2%D0%BD%D0%B0