İqor Vasilyev
Aktyor
İqor Alekseyeviç Vasilyev 20 may 1938-ci ildə anadan olub. Sovet və rusiyalı kino və televiziya aktyorudur. 2003-cü ildə Rusiya Federasiyası Xalq Artisti adını alıb. Tanınmış moskvalı memar Aleksey Vasilyevin ailəsində anadan olub. 1961-ci ildə Moskva Bədayə Teatrının (MXAT) studiya-məktəbini bitirib. 1973-cü ildə ssenarist və rejissorluq ali kurslarını başa vurub. 1961-ci ildən MXAT aktyoru və rejissorudur (1963-1970-ci illərdə “Sovremennik” aktyoru olub). “Variant: Omeqa” (1975) filmində Şlosser, “Pyatnitska traktiri” (1978) və “Professor Douelin vəsiyyəti” filmində oynadığı doktor Robert Korn rolu ilə məşhurdur. 2007-ci ildə ürək tutmasından dünyasını dəyişib. 26 dekabrda Troyekurovsk paytaxt qəbirstanlığında dəfn olunub. Sonuncu tamaşasını Moskva Bədayə Teatrının səhnəsində oynayıb (“Tutiş”, Əli adlı ağsaqqal). Dekabrın 30-da onun xatirəsini anmaq məqsədilə tamaşa təkrar oynanılıb. Birinci dəfə hələ birinci kurs tələbəsi olanda evlənib. Həyat yoldaşlarından biri İrina Miroşniçenko olub (1975-1980-ci illərdə).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87