Olqert Kroders

Olqert Kroders

Aktyor

BİOQRAFİYA

Olqert Kroders – kino və televiziya aktyorudur. 1988-ci ildə Latviya SSR-i Xalq Artisti adını alıb. 9 avqust 1921-ci ildə Riqada teatr tənqidçisi Robert Kroders və dram aktrisası Gerta Vulfun ailəsində anadan olub. Riqa Universitetinin tarix fakültəsində oxuyub. Bir müddət mühasibat sahəsində çalışıb. Daha sonra teatr sahəsi ilə maraqlanmağa başlayıb. Yanis Raynis adına Bədayə Teatrının rejissor köməkçisi vəzifəsində çalışıb. 1964-1974-cü illərdə Valmier teatrının rejissoru olub. 1974-1990-cı illərdə Liepay Dram teatrının baş rejissoru olub. 1990-1995-ci illərdə Riqa Milli Akademik Teatrının baş rejissoru olub. Yurmalada dəfələrlə onnövçülük üzrə çempion olub. Kinoda daha çox Aleksandr Belyayevin eyni adlı fantastik romanı əsasında çəkilmiş “Professor Douelin Vəsiyyəti” adlı filmində oynadığı baş rolla məşhurdur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/11446-olgert-kroders.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç