Aleksandr Belyayev

Aleksandr Belyayev

Ssenarist

BİOQRAFİYA

Aleksandr Belyayev 4 mart 1884-cü ildə Smolenskdə anadan olub. Rus elmi-fantastik ədəbiyyatının yaradıcılarındandır və tanınmış rus əsilli yazıçıdır. İxtisas etibarı ilə hüquqşunas olan Belyayev tərəfindən yazılan ən məşhur əsər "Amfibiya adam" hesab olunur. Belyayev həyatının böyük bir qismini xəstə yatağında keçirməyə məcbur olmuş və əsərlərinin əksəriyyətini sağlığında çap etdirə bilməmişdi. 1942-сi ildə Puşkin şəhərinin Faşist Alman qüvvələrinin mühasirəsi zamanı acından dünyasını dəyişib. Qəbrinin dəqiq yeri məlum deyil. Müharibə dövründə yoldaşı və qızı sağ qalıb. Belyayevin arvadının anasının isveç əsilli olduğunu nəzərə alaraq, müharibənin sonuna yaxın nasistlər onları Polşaya aparıb. Bununla əlaqədar müharibə başa çatandan sonra Sovet İttifaqı onları xalq düşməni kimi qəbul edib və onlar Barnaula sürgün ediliblər. Aleksandr Belyayev daha çox "Professor Douelin başı" və "Amfibiya Adam" əsərləri ilə şöhrət qazanıb. 6 yanvar 1942-ci ildə Puşkində (Leninqrad) vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Aleksandr_Belyayev

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç