Kasper Barfoed
Rejissor, ssenarist
Kasper Barfoed – danimarkalı ssenarist və rejissordur. 1972-ci ildə Kopenhagendə anadan olub. Uşaq yaşlarından səhnəyə çıxır. Liv Ulmanın rejissor debütü olan “Sofi” tamaşasında və “Oliver Tvist”in musiqili tamaşasında iştirak edib. Sonradan kamera arxasına keçərək reklam çarxları çəkməyə başlayıb. Tammetrajlı bədii filmlərin çəkilişinə rejissor köməkçisi kimi başlayıb. 2004-cü ildə “Misirdən olan bacım uşaqları” uşaq filmi ilə kinorejissor kimi (tammetrajlı) debüt edib. Ardınca “Tampliyerlərin itirilmiş xəzinəsi” adlı növbəti uşaq filmini lentə alır. 2008-ci ildə Nikolay Lye Kasın iştirakı ilə “Namizəd” trillerini ardınca isə 2013-cü ildə Con Küsakın baş rola çəkildiyi “Radiostansiya” trillerini ekranlara çıxarıb. 2017-ci ildə “Below the Surface” adlı serialın yaradıcısı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0054504/bio?ref_=nm_ov_bio_sm