Riçard Breyk
Aktyor
Riçard Kolin Breyk – britaniyalı-amerikalı aktyordur. Breyk 30 noyabr 1964-cü ildə Böyük Britaniyanın Uels ölkəsinin İstard Minahe şəhərində ingilis ailəsində dünyaya göz açıb. Uşaqlığı ABŞ-ın ayrı-ayrı ştatlarında (Şimali Karolina, Konnektikut, Corciya, Tennessi, Ohayo) keçib. Qudzon şəhərinin Uester Rizerv Akademiyasına daxil olub. Aktyorluq və rejissorluq elmləri akademiyasının təsisçi direktoru Sem Koqanın rəhbərliyi altında Aktyorluq elmi (The Science of Acting) adlı kursda iştirak edib. Məzun olduqdan sonra Karl Urban və “Qaya” (The Rock) ilə birlikdə “Doom” filminə Portman rolunda görüntülənib. Ardınca “Qara səhləb” filmində antoqonist Bobbi De Uitt adlı obrazı canlandırıb. 2007-ci ildə “Hannibal: Yüksəliş” filmində Hannibal Lektorun bacısını öldürmüş hərbi cinayətkarlardan olan Dortlix roluna çəkilib. 2013-cü ildə “Tor 2: Zülmət krallığı” filminə çəkilib. Breykin keçmiş həyat yoldaşı ilə olan nikahından iki oğlu var (1999 və 2002 təvəllüdlü).
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B5%D0%B9%D0%BA,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4