Deyv Qruzin

Deyv Qruzin

Bəstəkar, aktyor

BİOQRAFİYA

Deyv Qrusin (ing. Dave Grusin, tam adı —Robert David Grusin) — amerikalı pianoçu, aranjimançı, bəstəkar və prodüserdir. 26 iyun 1934-cü ildə ABŞ-ın Kolorado ştatının Litlton şəhərində anadan olub. 100 filmə və teleseriala musiqi bəstələyib. “Oskar” və “Qremmi” mükafatlarının sahibidir. Musiqi karyerası ərzində 35 albom buraxıb. Uzun illər Li Raytnaur, Patti Ostin, Kuinsi Conson, Elom Cerro və digər musiqiçilərlə əməkdaşlıq edib. Larri Rozenlə birlikdə 1978-ci ildə GRP Records səsyazma studiyasına rəhbərlik edib. Kinobəstəkar kimi “Amerikasayağı boşanma” (1967) filmi ilə debüt edib. “Məzun” (1969) filmindən sonra peşəkar kinobəstəkar kimi “Filmə, telelviziya və ya digər vizual təqdimata ən yaxşı sauntrek” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb. Kinobəstəkar kimi daha çox məşhurlaşan Qrusin daha çox Sidni Pollakdan təklif almağa başlayır. Qrusinin bəstələri “Kondorun üç günü”, "Bobbi Dirfild”, “Elektrik atlı”, “Pis niyyətsiz”, “Tutsi”, “Havana”, “Firma”, “Tənha ürəklər” filmlərdə səslənir. 1988-ci ildə Qrusin Berkli musiqi kollecinin insənət doktoru elmi dərəcəsini alıb. Bir il sonra Kolorado Universitetinin Musiqi Kollecinin eyni adına layiq görülüb. 1991-ci ildə Sinfonia musiqi assosiasiyası ona “Man of Music” - “Musiqi Adamı” adını verib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Грусин,_Дейв

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç