Raul Xulia

Raul Xulia

Aktyor

BİOQRAFİYA

Raul Rafael Xulia və Arseliy (isp. Raúl Rafael Juliá y Arcelay) — puerto rikalı aktyordur. Yalnız aktyorun ölümündən sonra dünya kino sənətinə verdiyi töhfə qiymətləndirilib. 1995-ci ildə ölümündən sonra “Alovlu mövsüm” telefilmindəki kişi roluna görə “Qızıl qlobus” və “Emmi” mükafatına layiq görülüb. Puerto-Riko paytaxtı San-Xuanda anadan olub. Universiteti bitirəndən sonra aktyorluq karyerasını qurmaq üçün 1964-cü ildə Nyu-Yorka köçür. Valideynləri onun hüquqşünas olmasını istəsələrdə, aktyorluğa meyl göstərir. ABŞ-da Xulia teatr və telelviziyada oynayır. 1970-ci illərdən kinoya çəkilməyə başlayır. Müxtəlif rollarda çəkilir, mənfi və komediya personajlarını canlandırır. Addams ailəsində ekssentrik və impulsiv ailə başçısı rolu ilə yadda qalıb. 1994-cü ildə suşidən zəhərlənən aktyorda mədə xərçəngi aşkar edilib. Oktyabrın sonlarında aktyor hospitala gətirilir, insult nəticəsində komaya düşür. 24 oktyabr 1994-cü ildə Raul Xulia vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Хулия,_Рауль

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç