Keyt del Kastilyo

Keyt del Kastilyo

Aktrisa, prodüser

BİOQRAFİYA

Keyt del Kastilyo (isp. Kate del Castillo) – meksikalı aktrisadır. Keyt del Kastilyo 23 oktyabr 1972-ci ildə Mexiko şəhərində anadan olub. Atası tanınmış meksikalı sabun operası aktyoru Erik del Kastilyodur. İlk dəfə 1978-ci ildə “Aşağıda” adlı filmə çəkilib. 1991-ci ildə “Muçaçitas” adlı teledramda yaratdığı obrazla məşhurlaşıb. 1997-ci ildə ”Büllur imperiya” serialında oynadığı rola görə “TvyNovelas” mükafatını alıb. 2011-ci ildə “Cənubun Kraliçası” teleserialında baş rolu oynayıb. Həmin rol ona “People en espanol” jurnalının mükafatını qazandırıb. 2001-2004-cü illərdə futbolçu Luis Qarsiyayla evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BB%D1%8C_%D0%9A%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BB%D1%8C%D0%BE,_%D0%9A%D0%B5%D0%B9%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç