Eren Krivi

Eren Krivi

Rejissor, ssenarist

BİOQRAFİYA

Eren Krivi – britaniyalı rejissor və klipmeykerdir. Eren Krivi “Diribaş” (2008), “Tələyə xoş gəlmisiz” (2012) və “Avtoban” (2016) filmlərinin rejissoru kimi məşhurdur. Eren Krivi 1976-cı ildə Böyük Britaniyanın London şəhərində anadan olub. Karyerasının əvvəlində musiqi klipləri və reklam çarxlarının çəkilişi ilə məşğul olub. Onun bu sahədə topladığı təcrübə “Diribaş” adlı debüt tammetrajlı filminə ssenarini yazmasında böyük kömək olub. Kino karyerasına rejissor köməkçisi kimi başlayıb, Metyü Von və Vudi Allen kimi ulduz rejissorların yanında işləyib. İlk addımları - “Aşer D” və “Suey”in kliplərinin çəkilişlərində atıb. Ardınca reklam çarxlarının çəkilişlərinə qatılıb. Son çəkdiyi reklamlardan biri Coca Cola şirkətinin buraxdığı enerji içkisinə çəkilmiş reklam çarxı sayılır. “Diribaş” adlı debüt tammetrajlı bədii filmi ona BAFTA və 5 BİFA mükafatı qazandırıb. Növbəti ekran əsəri – “Tələyə xoş gəlmisiniz” filmində 2012-ci ildə tanınmış rejissor Ridli Skott prodüserlik edib. Filmdə baş rolları Ceyms MakEvoy və Mark Stronq oynayıb. 2016-cı illərdə Nikolas Holt və Felisiti Consun baş rollara çəkildiyi “Avtoban” kriminal trilleri böyük ekranlara çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/eren_krivi/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç