Erik Qodon

Erik Qodon

Aktyor

BİOQRAFİYA

Erik Qodon – belçikalı kinoaktyor, ssenarist və rejissordur. Erik Qodon 7 fevral 1959-cu ildə Belçikanın Badur şəhərində anadan olub. Gəncliyində basketbolla məşğul olub, Belçikanın gənclər yığmasının üzvü olub. Ciddi xəsarət aldıqdan sonra idmanı atıb. Məktəbi bitirdikdən sonra Brüssel universitetində alman filologiyasını öyrənib. 1997-ci ildə improvizasiya teatrının aktyorluq kurslarına yazılıb və beləcə həyatını aktyorluğa həsr etmək qərarına gəlib. Erik poliqlotdur. Sərbəst şəkildə fransız, alman, ingilis, holland, ispan, ivrit, rus və italyan dillərində danışa bilir. Qodon 2003-cü ildə telelayihələrdə iştirak etməyə başlayıb. Daha sonra “Jüli Lesko” və “Vəkillər ittifaqı” kimi populyar seriallarda görüntülənib. 2008-ci ildə aktyor “Timpelbaxın dəcəlləri” fransız ailə dramına çəkilib. 2014-cü ildə Sola Dibinin “Fransız syütası” hərbi dramına çəkilib. Çəkiliş meydanında tərəf-müqabilləri Mişel Uilyams, Mattias Şonarts, Kristin Skott Tomas, Marqo Robbi, Debora Fayndley, Rut Uilson, Sem Rayli kimi aktyorlar olub. Elə həmin il Qodon “Freddi Haynekenin oğurlanması” kriminal dramına çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15633000721/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç