Derek Lük
Aktyor
Derek Lük – amerikalı aktyordur. “Antuan Fişerin hekayəsi”, “Baykerlər”, “Spartalı”, “Başqa qaydalarla oyun”, “Müqəddəs Annanın möcüzəsi”, “Birinci qisasçı”, “Sparkl” filmlərində oynadığı rolları ilə tanınır. Lük 24 aprel 1974-cü ildə Nyu-Cersi ştatının Cersi-Siti şəhərində anadan olub. Anası pianoçu, atası keçmiş aktyordur. Atası əslən Corctaundandır. Nyu-Cersinin Linden High School məktəbində oxuyub, daha sonra 1993-cü ildə Snyder High School məktəbini bitirib. 2002-ci ildə “Antuan Fişerin Hekayəsi” filmində baş rola dəvət olunub. Həmin rola ona ard-arda bir neçə kino mükafat, o cümlədən “Peyk”, “Müstəqil Ruh” və “ABŞ Milli Kinotənqidçiləri şurasının” mükafatını qazanıb. 2003-cü ildə “Bayerlər” filminin çəkiliş heyətinə qoşulub. 2004-cü ildə “Spartalı” filmində baş rollardan birini oynayıb. 2006-cı ildə “Başqa qaydalarla oyun” idman dramında basketbolçu Bobbi Co Hill obrazını canlandırıb. Həmin il eyni zamanda Tim Robinsonla “Alovla oyun” filmində baş rolu oynayıb. 2011-ci ildə “Birinci Qisasçı” filminə və “Qotorn bacı” teleserialının 8 epizoduna çəkilib. 2012-ci ildə “Dünyanın sonuna dost axtarıram” komediyasına və “Sparkl” musiqili filminə çəkilib. 2013-cü ildə “Amerikalılar” serialının 3-cü epizodunda görüntülənib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D0%BA,_%D0%94%D0%B5%D1%80%D0%B5%D0%BA