Aleksandra Holden

Aleksandra Holden

Aktrisa

BİOQRAFİYA

Aleksandra Holden (ing. Alexandra Holden) – amerikalı aktrisadır. Aleksandra Holden 30 aprel 1977-ci ildə Minnesota ştatının Nortfilde şəhərində dünyaya göz açıb. Karyerasının əvvəlində bir neçə kiçik büdcəli filmə və teleşouya çəkilib. 2000-ci ildə “Dostlar” sitkomunda Rossun sevgilisi Elizabet Stivens rolunda vaxtaşırı ekranlara çıxmağa başlayıb. Holden “Artefakt” və “Dalan” trillerlərində baş rolları oynayıb. Onun digər əlamətdar filmləri sırasında “Şəkər və istiot”, “Necə olaq” filmlərini sadalamaq olar. Son illər “Cümə gecəsinin işıqları”, “Kompanyonlar” və “Rissoli və Ayls” seriallarında canlandırdığı obrazlarla yadda qalıb.

 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%B4%D0%B5%D0%BD,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç