Conatan Kendrik “Conni” Lüis (ing. Jonathan Kendrick «Johnny» Lewis) — amerikalı aktyordur. “Anarxiya oğulları” serialından Kip “Omlet” Epps rolu ilə tanınıb. Conatan 29 oktyabr 1983-cü ildə Los-Ancelesdə Maykl və Divona Lüisin ailəsində anadan olub. İkili kanada-amerika vətəndaşlığı var. 2000-ci ildə aktyor kimi debüt edib. “Amerika arzuları”, “Tənha ürəklər” və digər yeniyetmə seriallarında çəkilməklə karyerasına başlayıb. 2005-2006-cı illərdə Conatan müğənni Ketti Perri ilə görüşüb. Luis və aktrisa Dayan Marşall Qrinin 6 aprel 2010-cu ildə Kalla Mey adlı qızı dünyaya gəlib. 26 sentyabr 2012-ci ildə Lüis Los-Ancelesdəki evinin yanında ölü vəziyyətdə tapılıb. Evin içində isə villanın 81 yaşlı sahibi Ketrin Devisin cəsədi tapılıb. Ehtimal olunur ki, aktyor qadını döyərək qətlə yetirib, daha sonra dama çıxıb. Ehtiyatsızlıqdan damdan yıxılaraq dünyasını dəyişib. Lüis ölüm anında narkotik vasitələrinin təsiri altında olmayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Johnny_Lewis