Kristian Keyn
Aktyor, prodüser
Kristian Keyn 27 iyun 1972-ci ildə Dallasda anadan olub. “Təsir”, “Mələk” teleserialları və “Gənc cütlük”, “Tutulan şirlər” filmlərindəki rolları ilə tanınır. İlk rolunu Keyn 1997-ci ildə “Los-Ancelesin şöhrəti” teleserialında alıb. Kanzaslı kantri ifaçı rolunda çəkilib. 1999-cu ildə Coss Uidonun “Mələk” serialında vəkil Lindsi Makdonald rolunda çəkilib. “Nyu-York taksisi”, “Həyat və ya ona bənzər nəsə”, “Cümə gecəsi” filmlərinin epizodunda görünüb. 2007-ci ildə Kerri Andervudun “So Small” mahnısının klipində yer alıb. 2009-cu ildə Kristian Keyn “Sığınacaq” psixoloji trillerində, 2010-cu ildə “Məktəb illərindən” romantik dramında çəkilib. 2008-2012-ci illərdə “Təsir” serialında yer alıb. Hal-hazırda Keyn “Kitabxanaçılar” fantastik serialının üçüncü mövsümündə Rebekka Romeyn, Noa Uayli ilə birlikdə çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Кейн,_Кристиан