Tsuy Hark

Tsuy Hark

Prodüser, rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Suy Hark – honkonqlu kinorejissor, ssenarist, aktyor və kinoprodüserdir. 15 fevral 1950-ci ildə Sayqon şəhərində anadan olub. “Honqkonq kinomatoqrafiyasının “yeni dalğasının” nümayəndələrindən hesab olunur. Rejissor kimi “usya” janrında olan çoxsaylı filmləri çəkməklə məşhurlaşıb. Ən uğurlu işi 1991-1997-ci illərdə yayımlanmış “Bir dəfə Çində” serialı sayılır. Bir sıra prestijli kino mükafatlarının laureatıdır. Onun beş filmi “Ən yaxşı çin filmlərinin yüzlüyünə” daxil edilib (Honkonq kinomükafatı təşkilatçılarının versiyasına görə ). Bu baxımdan o siyahıya altı filmi düşən rejissor Vonq Karvaydan bir pillə aşağıda, ikinci yerdə gəlir. 2004-cü ildə 57-ci Kann Kinofestivalının münsiflər heyətində yer alıb. Bir müddət Hollivudda çalışıb və 3 film – “Sənətkar”, “Müstəmləkə” və “Dağıdıcı” filmlərini lentə alıb. Suy Hark kinonun ən müxtəlif janrlarında iş ortaya qoyur. Öz ekran əsərlərində ən son elmi və texniki nailiyyətlərdən bol-bol istifadə edir, ayrı-ayrı bədii cərəyanları birləşdirməkdən və ya eksperimentlər etməkdən çəkinmir. Hələ 1983-cü ildə  hollivudlu mütəxəssislər ona “Zu: Sehirli dağın sehrbazları” fentezisində xüsusi effektlər yaratmaqda köməklik göstərib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A6%D1%83%D0%B9_%D0%A5%D0%B0%D1%80%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç