Çen Kun

Çen Kun

Aktyor

BİOQRAFİYA

Çen Kun - 4 fevral 1976-cı ildə Çinin Çunsin şəhərində anadan olub. Demək olar ki, bütün uşaqlığını ana nənəsigildə keçirib. Belə ki, Çenin kiçik qardaşının doğulmasından sonra valideynləri boşanıb və ailəsinin dolanışığını təmin etmək üçün yeniyetmə çağında işləməyə məcbur olub. Yaxşı vokal bacarığlarının olması hesabına gecə klublarının birində solo ifaçı işləyib. 1995-ci ildə Çinin Milli Mahnı və Rəqs Ansamblına qoşulub. 1996-cı ildə Pekin Kino Akademiyasının aktyorluq fakültəsinə qəbul olunub. 2010-cu ildə “K Pictures” adlı özəl agentliyini yaradıb. Ardınca insanlar arasında idman hərəkətlərini və sağlam həyat tərzini təbliğ edən bir sıra xeyriyyə təşkilatlarının yaradıcısı olub. Çen Kun həmçinin Çində kifayət qədər populyar yazıçıdır. Bir sıra kitabların həm-müəllifi və ya müəllifidir. Böyük ekranlarda Kun 1999-cu ildə “Guoge” filmində debüt edib. Növbəti işi “Şanxayda Sevgi” doramı olub. O həmçinin aktyora ilk şöhrəti qazandıra teledram hesab olunur. 2002-ci ildə Çen “Balzak və çinli-dərzi” filmdə oynadığı rol onu dünya səviyyəli aktyora çevirib və ilk dəfə olaraq “Qızıl Qlobus” mükafatına namizədliyi irəli sürülüb. 2008-ci ildə rejissor Qordon Çanın “Rəngli dəri” fentezi döyüş filmində baş rollardan birini oynayıb.  Növbəti il aktyor Ceki Çanın oğlu Ceysi Çanla “Mulan” tarixi dramına çəkilib. 2011-ci ildə rejissor və ssenarist Suy Harkanın “Uçan Qılınclar Əjdahanın Düşmənidir” (2011) filmin mərkəzi obrazlardan birini canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/chen_kun/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç