Çjou Sün

Çjou Sün

Aktrisa, rejissor, prodüser

BİOQRAFİYA

Çjou Sün - çinli aktrisa və müğənnidir. 18 oktyabr 1974-cü ildə Çinin Süyçjou şəhərində anadan olub. Süy Tsinley, Çjan Tsıi və Çjao Veylə birgə Çinin müasir kinematoqrafiyasının ən populyar aktrisalarının dördlüyünə daxildir. Ayrı-ayrı vaxtlarda ən yaxşı qadın rolu nominasiyalarında (vəya ən yaxşı aktrisa) “Qızıl xoruz”, “Yüz rəng”, “Honkonq Kino Mükafatı”, “Qızıl at” (Tayvan) kimi Çin kino mükafatlarının qalibi olub. O həmçinin “Asiya Kino Mükafatı”na layiq görülmüş (ən yaxşı aktrisa nominasiyasında) ilk çinli aktrisa kimi adını tarixə yazdırıb. 2005-ci ildə Çjou Sün rejissor Piter Çanın “Yəqin ki sevgi” musiqili filminə çəkilib. Oynadığı rol onun uğurlarını daha da möhkəmləndirib. Həmin rola görə eyni vaxtda yeddi ayrı Çin kino mükafatının nominantı olub. Aktrisanın növbəti mötəbər rolu “Həyatla ölümün bərabərləşməsi” filmində oynadığı rol sayılır. Bu rol isə ona yeddi nominasiya qazandırıb. 2008-ci ildə aktrisanın kinokaryerasında müəyyən mənada tənəzzül dövrü başlayıb. Belə ki, “Rənglənmiş dəri” (2008) və digər kino layihələrdə əvvəlki filmlərdəki uğurlarını təkrarlaya bilməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B6%D0%BE%D1%83_%D0%A1%D1%8E%D0%BD%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç