Kassian Elvis

Kassian Elvis

Prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Kassian Elvis 7 avqust 1959-cu ildə İngiltərənin paytaxtı Londonda dünyaya göz açıb. Britaniyalı müstəqil kino prodüseri və agentidir. İngiltərəli portret rəssamı Dominik Uelsin və interyer dizayneri Tessa Kenedinin ailəsində böyüyüb. Qardaşı Keri Elvis aktyor, digər qardaşı Damian Elvis isə rəssamdır. Amerikalı kinoprodüser Elliott Kastnerin ögey oğludur. Elvis prodüser karyerasını 1984-cü ildə “Oksford blüzü” filmi ilə başlayıb. Uğurları həmin filmdən başlayaraq yüksələn şəkildə davam edib. Filmlərin çəkilişi üçün maliyyələşmə və vəsaitlərin bölgüsü üzrə təcrübəli ekspert olan Elvis “William Morris Independent” şirkətində çalışdığı müddət ərzində 283-ə yaxın filmin çəkilişlərində iştirak edib. Daha çox “Eşikağası” (2013), “Madbaund ferması” (2017), “Sözlər” (2012), “Ümid sonda ölür” (2013) kimi filmlərin prodüseri kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_34523/cassian-elwes

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç