Albert Pyun
Rejissor, ssenarist, prodüser
Albert Pyun (ing. Albert Pyun) – amerikalı kinorejissor, ssenarist və prodüserdir. “Direct-to-video” kateqoriyalı çoxsaylı kiçik-büdcəli filmlərin müəllifidir. Filmlərində daha çox ekşn janrına və döyüş səhnəllərinin bolluğuna önəm verir. Bundan başqa ara-sıra fantastika və fentezi janrlarına üz tutur. “Marvel” studiyasının bəzi komikslərinin ekranizasiyasında iştirak edib. Albert Pyun 19 may 1953-cü ildə ABŞ-ın San-Dieqo şəhərində hərbçi ailəsində doğulub. Rejissorun uşaqlığı Havayinin Kailua şəhərində keçib. Hələ doqquz yaşı olanda video ilə maraqlanmağa başlayıb. Valideynlərinin aldığı həvəskar kamera ilə qısametrajlı filmlər lentə alıb. Onaltı yaşından etibarən həvəskar kinofilmlər çəkməyə başlayıb. Əsasən döyüş janrında olan filmlərində baş rolları sinif yoldaşları və dostları oynayıb. Məktəbi bitirdikdən sonra bir müddət səs rejissoru və elektrik işləyib. 1989-cu ildə dünya miqyaslı bir blokbasterə çevrilmiş “Kiborq” fantastik döyüş filminin rejissoru kimi məşhurdur. Həmin filmdə baş rolu Jan-Klod VanDam oynayıb. Bunda başqa fanstastik antiutopiya mövzularına çəkdiyi filmlər arasında “Cəngavərlər” və “Nemezida” filmləri populyar olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%8C%D1%8E%D0%BD,_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82