Debora Van Valkenberq
Aktrisa
Debora Van Valkenberq 29 avqust 1952-ci ildə ABŞ-ın Nyu-York şəhərində dünyaya göz açıb. Aktyorluq karyerasına 1979-cu ildə rejissor Uolter Hillin “Döyüşçülər” (The Warriors) filmində oynadığı Mersi rolu ilə başlayıb (baş qəhrəman Svonun sevgilisi). 1980-ci ildə “Çox narahat” (Too Close for Comfort) adlı serialın aktyor heyətinə qatılıb. İlk mövsümdəki uğurundan sonra “Dağın padişahı” kinofilmində baş rollardan birinə dəvət olunub. 1984-cü ildə rejissor Uolter Hill Deboraya “Küçələr od içində” (Streets of Fire) adlı filmində çəkilməyi təklif edib. Ekran əsərində baş rolu Maykl Pare oynayır. Debora isə həmin filmdə baş qəhrəmanın böyük bacısı Reva Koudi obrazını canlandırıb. Əlamətdar filmləri sırasında “Hiddət” (Rampage), “Beynini dağıt: Bir sevgi hekayəsi” (Brain Smasher....A Love Story), “Amansız Silahlar” (“Mean guns”) və “Fan-klub” (Free Enterprise) filmlərini misal göstərmək olar. 2000-ci illərdə kino çəkilişlərində iştirakını davam etdirib. “Nəzəriylə alovlandıran 2: Lap əvvəldən”, “Fırıldaqçılar” (Criminal), “İblisin qovduğu” (The Devil’s Rejects), “Sağqalma oyunu” (Backwoods), “Qisas sirri” və “Cəhənnəmə aparan yol” (Road to Hell) kimi filmlərdə müxtəlif obrazları canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/deborah_van_valkenburgh/