Sara Silverman
Aktrisa, ssenarist, prodüser, bəstəkar
Sara Keyt Silverman (ing. Sarah Kate Silverman) – amerikalı stendap komediyaçısı, kino və televiziya aktrisası, satirik, çoxsaylı skeçlərin müəllifidir. Özünü “yəhudi komik” adlandırmağı sevir. Bundan başqa “Böyük S” (Big S) səhnə adıyla məşhurdur. 1 dekabr 1970-ci ildə ABŞ-ın Nyu Hempşir ştatının Bedford şəhərində dünyaya gəlib. Öz stendap və skeçlərinə ən ziddiyyətli, son dərəcə həssas sayılan “tabu” mövzulara (irq, seksizm, din, holokost) toxunur. Onun satirası orijinallığı və “aksentli lətifələrdən” uzaq olması ilə seçilir. Şəxsi həyatına gəlincə 2002-2009-cu illərdə məşhur aparıcı və yumorist Cimmi Kimmellə romantik münasibətlərdə olub. 2010-cu ildə bir müddət yazıçı və prodüser Alek Salkinlə görüşüb. 2011-2014-cü illərdə aktyor Kayl Danniqanla vətəndaş nikahında olub. 2018-ci ilin fevral ayında şəxsi Twitter səhifəsində ayrıldıqlarını elan edib. Sara rəsmi olaraq heç vaxt ərdə olmayıb. Həyatı boyu depressiv pozuntulardan əziyyət çəkib. Uzunmüddətli müalicəsi ilə əlaqədar onda alprazolam preparatından asılılıq yaranıb. Sonradan sertralinlə müalicəyə keçib. Psixiki pozuntuları ilə əlaqədar uşaq dünyaya götürməməyi məqsədəuyğun bilib. O həmçinin bir müddət enurez xəstəliyindən əziyyət çəkib. On yaşından etibarən veqandır. Dindar olmasa da, yəhudi ənənələrinə hörmətlə yanaşır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%BB%D1%8C%D0%B2%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%A1%D0%B0%D1%80%D0%B0