Tahir Məmmədov

Tahir Məmmədov

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Tahir Namiq oğlu Məmmədov — Azərbaycan əsilli şoumen, aparıcı və aktyordur. Tahir Məmmədov 2 oktyabr 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Atası Namiq Məmmədov azərbaycanlı, anası Nina Mixaylovna isə ermənidir. 1998-ci ildə Tahir Məmmədov Səbail rayonu 6 saylı orta məktəbi bitirib. Sonradan tibb texnikumuna
daxil olub. Bundan sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçür və ROSNOU-da "Psixoloqiya" fakültəsində təhsil alır. Universitetdə oxuduğu zamanda Tahir Məmmədov KVN oyunlarına qoşulur və "RosNou" komandasının heyətində çıxış edir. Sonralar Tahirin valideynləri boşanır, Tahir isə Rusiya vətəndaşlığı qazanır və Moskvada qalır. 2011-2012-ci illərdə Moskvada etiraz hərakatında fəal iştirak edirdi. 2013-cü ildə Moskvanın merinin seçkilərində müşahidəçi olur, həmin ilin sonunda ABŞ-a mühacirət etdi, Los-Ancelesdə yaşayır. 2005-ci ildə Tahir Məmmədov rus pasportunda adını "Tair Mamedov" ilə əvəz edir. Bundan sonra Tair adı ilə "Comedy Club" proyektində çıxış etməyə başlayır. Bu zaman ərzində populyarlaşır, bir neçə realiti-şouda iştirak edir, paralel olaraq digər verilişlərdə aparıcılıq edir. 2008-ci ildə Tair "Comedy CLub"ı tərk edir və Rusiyada "Çox rus detektivi" filmində çəkilir. Bu filmdə Tahir həm aktyor, həm prodüsser, həm də ideya müəllifi kimi çalışır. Bundan sonra o, Rusiyanın birinci kanalında (ORT) bir neçə verilişin aparıcısı rolunda çıxış edir. 2011-ci ildən Rusiyada MTV telekanalında dj kimi çalışır və müxtəlif verilişlərin aparıcısı olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tahir_Məmmədov_(şoumen)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç