Rəis Çelik

Rəis Çelik

Rejissor, ssenarist, aktyor, prodüser, operator, montajçı

BİOQRAFİYA

Rəis Çelik  - türkiyəli rejissor, ssenarist və prodüserdir. 1961-ci ildə Türkiyənin Ardahan əyalətində anadan olub. Orta məktəbi bitirdikdən sonra İstanbula köçüb. İstanbul Bələdiyyə Konservatoriyasında musiqi üzrə təhsil alıb. Ardınca İstanbul Universitetinin iqtisad fakültəsində beynəlxalq iqtisadiyyat ixtisası üzrə oxuyub. Məzun olduqdan sonra "Dünya" qəzetində daha sonra "Günaydın" qəzetində müxbir kimi 10 il çalışıb. 1984-cü ildə Türkiyənin ilk özəl telekanalında Video Gazete layihəsində yer alıb. Daha sonra həmin verilişin rejissoru vəzifəsini yerinə yetirib. Çox sayda reklam və 12 sənədli film çəkib. Bir müddət sonra Almaniyada “Türkiyədən Video Salam” verilişinə başçılıq edib. 12 ayrı ölkədə fotosərgilər keçirib. 1992-ci ildə ATV telekanalının təsisçilərindən biri olub. İlk tammetrajlı bədii filmini 1996-cı ildə çəkib. 21 iyun 2005-ci ildə İstanbulun İstiqlal küçəsində “Vakko” mağazasının önündə silahlı hücuma məruz qalıb. Yanağından və qarın nayihəsindən ağır yaralanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Reis_%C3%87elik

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç