Leonard Nimoy

Leonard Nimoy

Aktyor

BİOQRAFİYA

Leonard Saymon Nimoy – amerikalı aktyor, rejissor, şair və fotoqrafdır. Daha çox “Ulduz yolu” kult fantastik serialında oynadığı Spok rolu ilə məşhurlaşıb. Bundan başqa “Son hədd” serialında Uilyam Bell rolu ilə tanınır. Leonard Saymon Nimoy 26 mart 1931-ci ildə ABŞ-ın Boston şəhərində anadan olub. Valideynləri Ukraynanın indiki Xmelinski vilayətindən ABŞ-a mühacirət etmiş yəhudilər olub. Atası 1913-cü ildə mühacirət edib və bərbər işləyib, anası isə evdar xanım olub. Nimoy təhsilini İngilis orta məktəbində alıb. Boston kollecində dram dərslərinə gedin, Stanislavski üslubunda səhnə oyununun incəliklərini öyrənib. Təhsilinə paralel olaraq Pasadena Playhouse-da tozsoran satmaqla məşğul olub. Leonard ilk dəfə olaraq peşəkar səhnəyə səkkiz yaşında “Genzel və Gretel” tamaşasında çıxıb. 18 yaşına qədər həvəskar tamaşalarda iştirak edib. Yetkinlik yaşına çatdıqdan sonra evi tərk edib və aktyor karyerasını qurmaq üçün Kaliforniyaya köçüb. Bir ildən sonra “Kid Monk Baroni” filmində baş rola çəkilib. 1953-1955-ci illərdə ABŞ ordusundə hərbi xidmət çəkib. Əsgərlik zamanı Sendi Zober adlı qadınla tanış olub və onlar 1954-cü ildə ailə qurublar. Bu nikahdan 1955 və 1956-cı il təvəllüdlü iki övladı var. Ordudan geri döndükdən sonra karyerasını davam etdirib. Ancaq çəkiliş meydanlarına dəvətlər o qədər də müntəzəm olmadığından restoranlarda işləməklə və ya taksilik etməklə ailəsini dolandırıb. “Leytenant“ filmində oynadığı epizodik rol onun “uğur rıçaqını” işə salır. Belə ki, Cin Roddenberri onun oyunun bəyənərək Leonardı “Ulduz yolu” fantastik serialına mister Spok roluna dəvət edir. Bu aktyora dünya şöhrəti qazandıran əsas roluna çevrilir. Aktyor 27 fevral 2015-ci ildə 83 yaşında xroniki ağciyər xəstəliyindən dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BC%D0%BE%D0%B9,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç