Lesli Stefanson

Lesli Stefanson

Aktrisa

BİOQRAFİYA

Lesli Enn Stefanson – amerikalı aktrisa, fotomodel, rəssam və heykəltəraşdır. Lesli Enn Stefanson 10 may 1971-ci ildə Farqo şəhərində (Şimali Dakota ştatı) anadan olub, uşaqlığı Muxeddə (Minnesota ştatı) keçib. Kinoda debütünü 1994-cü ildə gerçəkləşdirib: “Kovboylarda belə qəbul olunub” filmində şənlikdə iştirak edən epizodik qız rolunu oynayıb. Daha çox Con Travoltanın baş rola çəkildiyi “General qızı” filmində iştirakına görə tanınır. 2003-cü ildə “Təqib olunan” döyüş filmi və “Yadplanetli ovçusu” (əri ilə birlikdə çəkilib) fantastik trillerində rol alıb. Bu onun (2019-cu ilə olan məlumata görə) son kino rolları sayılır. Lesli həmçinin bir müddət fotomodelliklə məşğul olub. Son illər rəssamlıq və heykəltəraşlıqla məşğul olur. 2002-ci ildən məşhur aktyor Cemys Speyderlə faktiki nikahdadır. Onunla 2008-ci ildə nişanlanıb. Cütlüyün 2008-ci il təvəllüdlü oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D1%84%D0%B0%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%9B%D0%B5%D1%81%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç