Karmen Maura
Aktrisa
Mariya Del Karmen Qarsiya Maura 15 sentyabr 1945-ci ildə anadan olub. Kinorejissorlar Pedro Almodovar və Alreks De La İqlesiasla əməkdaşlığa görə tanınıb. Karmen Maura karyerasına müğənni kimi başlayıb. Kinokaryerası 1970-ci ildə "The Man in Hiding" filmi ilə başlayıb. 1977-ci ildə “Kağız pələnglər” filmində aparıcı rollardan birini ifa edib. Əsasən dramatik rollarda çəkilməsinə baxmayaraq, bir neçə komediya filmində: "Sal gorda" (1984), "Sé infiel y no mires con quién" (1985) və "Tata mía" (1986) çəkilib. 1980-cı ildə Maura ilk dəfə Pedro Almodovarın “Pepi, Lyusi, Bom və digər qızlar” filmində çəkilib. 1980-cı illərdə rejissorla iş birliyini davam etdirən Maura “Qadınlar əsəb gərginliyi keçirir” (1988) filmində çəkilir və ən yaxşı aktrisa kimi 1988-ci ilin noyabrında “Feliks” mükafatı qazanıb. Bu filmdən sonra onların iş birliyi 10 illik fasilə verir. Yalnız 2006-cı ildə “Qayıdış” filminin çəkilişlərində bir araya gəliblər. 2006-cı ildə Penelopa Kruzla birlikdə Kann Festivalının mükafatını qazanıb. Almodovarın “İstəklərin qanunu” filmində Maura transseksual rolunu ifa etməklə cinsi azlıqların sinvoluna çevrilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Маура,_Кармен