Marko Bellokkyo

Marko Bellokkyo

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Marko Bellokkyo (it. Marco Bellocchio) – italiyalı kinorejissor, ssenarist və aktyordur. 9 noyabr 1939-cu ildə İtaliyanın Bobbio əyalətində anadan olub. 1967-ci ildə “Çin yaxınlaşır” filmi üzərində gördüyü ən yaxşı rejissor işinə görə Venesiya kinofestivalının "Gümüş Şir" mükafatçısı olub. 1991-ci ildə Berlin kinofesvitalında “İttiham” filminə görə "Gümüş Ayı" mükafatına layiq görülüb. 1999-cu ildə Moskva Beynəlxalq Kinofestivalında kinoya verdiyi töhfələrə görə fəxri mükafatla təltif olunub, 2011-cı ildə isə karyerası ərzində əldə etdiyi nailiyyətlərə görə Venesiya festivalının "Qızıl Şir" mükafatçısı olub. 2013-2014-cü illərdə Bobbi və Val Trebbiada çəkilişlər aparıb. Film on yeddinci əsrdə valideynlərinin məcburiyyəti ilə rahibə olan qızın hekayəsini danışır. Ekran əsərində Karlo Krivellinin musiqi bəstələrindən istifadə olunub. Filmə Lidiya Liberman, Filippo Timi, Alba Rorvaxer, Roberto Herlitska, Toni Bertorelli, İvan Franek, Pyer Corco Belokkyo (rejissorun oğlu) və başqaları çəkilib. 2014-cü ilin mart ayında Boloynada Kino Kitabxanasının prezidentidir. Qardaşı nüfuzlu tənqidçi Pyercorcio Bellokkyo, atası aktyor Pyer Corcio Bellokkyodur. Marko Bellokkio ateist olsa da, bunu ictimailəşdirməyi sevmir. 2019-cu ildə “Mafiya satqını” filminin rejissor və ssenaristi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D0%BB%D0%BE%D0%BA%D0%BA%D1%8C%D0%BE,_%D0%9C%D0%B0%D1%80%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç