Mariya Kandidu

Mariya Kandidu

Aktrisa

BİOQRAFİYA

Mariya Fernanda Kandidu – braziliyalı aktrisa və modeldir. 25 may 1974-cü ildə Braliziyanın Londirne şəhərində anadan olub. 12 yaşında valideynləri ilə San-Paulu şəhərinə köçüb. 14 yaşında peşəkar model olub. 15 yaşından müxtəlif jurnalların üz-qabıqları üçün poz verib. Növbəti beş ilini dərslərinə paralel olaraq fotosessiyalarda keçirib. Peşəsi ilə əlaqədar tez-tez xarici səfərlərə gedib. 1997-ci ildə “İntornado” adlı Braziliya sabun operasında debüt edib. 1998-ci ildə “Qara mirvari” serialında iştirak edib. Ancaq 1999-cu ildən etibarən tanınmağa başlayıb. 2000-ci ildə “Fantastiko” proqramının versiyasına görə ilin ən gözəl qadını seçilir. “Sevgi torpağı” və “Sevgi torpağı, ümid torpağı” kimi teleromanlarda italiyalı qadın obrazları yaradıb. 2003-cü ildə “Dom” filmində oynadığı rol ona ən yaxşı aktrisa nominasiyasında “Kekito” mükafatı qazandırır. 2004-cü ildə “Dalğa kimi” romanında Lavinyo rolunu ifa edib. 2005-ci ildə biznesmen Petrito Spehiroya ərə gedir və ondan Tomas adlı oğlan uşağı dünyaya gətirir. 2007-ci ildə “Tropik cənnət” filminin çəkilişlərinə qatılıb. 2008-ci ildə “Orient Watches” şirkətinin rəsmi simasına çevrilib. 2008-ci ildə Nikolas adlı ikinci övladı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BD%D0%B4%D0%B8%D0%B4%D1%83,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%A4%D0%B5%D1%80%D0%BD%D0%B0%D0%BD%D0%B4%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç