Luici Lo Kaşio

Luici Lo Kaşio

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Luici Lo Kaşo – italiyalı teatr və kino aktyoru, rejissordur. 20 oktyabr 1967-ci ildə Palermoda anadan olub. Dörd qardaşı var. Ailə ənənələrinə sadiq qalaraq “psixiatriya” ixtisası üzrə təhsil alıb. Tələbə olduğu vaxt doğma şəhərində küçə aktyorları ilə çıxışlar etməyə başlayır və 1989-cu ildə teatr rejissor Federiko Tiyetsinin diqqətini çəkib. Sonuncu ona Semüel Bekketin “Qodonun gözləntisində” pyesində kiçik rol təklif edib. Uğurlu çıxışdan sonra teatr maqnit kimi onu özünə çəkib və tibb universitetini ataraq, özünü tamamilə aktyorluq sənətinə həsr edib. Beləcə Romaya köçüb, 1992-ci ildə Milli Dram İncəsənət Akademiyasını bitirib. Teatrda Şekspir və Bertolt Brextin pyesləri əsasında qoyulan tamaşalarda iştirak edib. Daha sonra 2000-ci ildə dayısı - aktyor Luici Mariya Burruanonun tövsiyəsi əsasında rejissor Marko Tullio Cordana ilə tanış olur və “Yüz addım” filmində solçu fəal və jurnalist Cuzeppe İmpastato rolunu alır. Film beynəlxalq şöhrət qazanır və 2001-ci ildə “Qızıl Qlobus” mükafatına layiq görülür, aktyor özü isə ən yaxşı kişi rolu nominasiyasında “David Di Donatello” mükafatını milli mükafatını alır. Kinoda bir neçə uğurlu roldan sonra 2003-cü ildə həyatının ən uğurlu rolunu – rejissor Marko Tullio Cordananın “Gəncliyimin ən yaxşı illəri” mini-serialında oynayıb. Yeddisaatlıq serialı “Rai Uno” telekanalında 2003-cü ildə yayımlanıb. Maraqlıdır ki, həmin filmdə ona həvalə olan psixiatr obrazını yüksək peşəkarlıqla canlandırmasına onun tələbəlik illərində elə psixiatrlıq üzrə ali təhsil alması kömək edib. 2006-cı ilin iyul ayından montajçı Dezideriya Raynerlə evlidir. Bu nikahdan onların iki oğlu var. Hazırda Romada yaşayırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE_%D0%9A%D0%B0%D1%88%D0%BE,_%D0%9B%D1%83%D0%B8%D0%B4%D0%B6%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç