Ava Düverney
Prodüser, rejissor, ssenarist, aktrisa
Ava Mari Düverney – amerikalı rejissor, ssenarist, prodüser və publisistdir. 24 avqust 1972-ci ildə Los-Anceles (Kaliforniya ştatı, ABŞ) şəhərində anadan olub. 1999-cu ildə The DuVernay Agency şirkətini yaradıb və yüzdən çox filmin, o cümlədən sənədli filmin marketoloqu olub. 2010-cu ildə “Mən izləyəcəm” adlı ilk tammetrajlı bədii filmini çəkib. Ekran əsəri tənqidçilərin rəğbətini qazanıb, müstəqil kino sahəsində bir sıra mükafatlar əldə edib. 2012-ci ildə “Naməlum yerə yarıyolda” adlı filmi çıxıb. Həmin filmlə “Sandens” mükafatı laureatı olaraq, ən yaxşı rejissor işi nominasiyasında (bu festivalda) qalib gəlmiş ilk afro-amerikalı qadın kimi tarixə düşüb. 2013-cü ildə “Qapı” adlı qısametrajlı filmi 70-ci Venesiya kinofestivalında təqdim olunub. Filmin uğurundan sonra Şonda Rayms onu “Qalmaqal” serialının üçüncü mövsümünün epizodlarından birinə rejissorluq etməyə dəvət edib. 2015-ci ildə Düverney Katrina qasırğasından bəhs edən növbəti filmini elan edib, eyni zamanda Oprah Winfrey Network–da nümayiş olunan “Şəkər plantasiyası kraliçası” serialının yaradıcısı və prodüseri olub. 2016-ci ilin avqustunda, serialın preymerasına 1 il qalmış, onun ikinci mövsümə qədər uzadılmasına qərar verilib. Növbəti filmi - “Zaman dolanbacı” 9 mart 2018-ci ildə ABŞ kinoteatrlarında nümayiş olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8E%D0%B2%D0%B5%D1%80%D0%BD%D0%B5%D0%B9,_%D0%90%D0%B2%D0%B0