Asante Blək

Asante Blək

Aktyor

BİOQRAFİYA

Asante Blək – amerikalı televiziya və kino aktyorudur. Asante Blek 20 oktyabr 2001-ci ildə ABŞ-ın Merilend ştatında anadan olub. Valideynləri sosial işçi və ailə terapevti olub. Bundan başqa valideynlərinin incəsənətə marağı olub, belə ki, atası şerlər və romanlar yazır, anası isə müğənnilik edir. Asantenin babası məşhur musiqiçi və nəğməkar şair Dennis Uayli, xalası aktrisa Samira Uaylidi. 6 yaşında olanda Asante ilk dəfə teatr səhnəsinə çıxıb (“Mauqli” tamaşasında). Yuxarı siniflərdə oxuyanda teatr təmayüllü qrupu seçib və gənclər teatrında çıxışlar etməyə başlayıb. Teatr fəaliyyətinə görə “Maryland Thespian Festival” festivalında “Parlaq gələcəyi olan aktyor” nominasiyasında mükafata layiq görülüb. Anası trinidad, afroamerikalı və ingilis əsillidir. Aktyorun 4 kiçik qardaşı var. Assante asudə vaxtlarında basketbol və kompüter oyunları oynamağı sevir. 2019-cu ildə “Onlar bizi görəndə” adlı bioqrafik dramatik mini-serialda gənc Kevin Riçardson rolunu oynayıb. Serial yalnış olaraq gənc qadının zorlanması ilə bağlı mühakimə olunmuş dörd yeniyetmənin hekayəsini danışır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15573123151/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç