Mark Mozes

Mark Mozes

Aktyor

BİOQRAFİYA

Mark Mozes – amerikalı aktyordur. Daha çox “Məyus evdar xanımlar” serialında Pol Yanq və “Dəlilər” serialında German Fillips rolları ilə tanınır. Mozes 24 fevral 1958-ci ildə Nyu-Yorkda anadan olub. Aktyor və müğənni Berk Mozesin qardaşıdır. Mozes Oliver Stounun “Bölük”, “Dörd iyulda doğulmuş”, “Dorz” kimi filmlərində oynayıb. Xarakterli aktyor olaraq müxtəlif layihələrdə iştirak edib. Mozes 2004-cü ilə qədər kinoda heç vaxt mənfi obrazları canlandırmayıb. Habelə sözügedən il ABC telekanalının populyar serialı olan “Məyus evdar xanımlar” (2004-2007) teledramında Pol yanq roluna dəvət olunub. Bir neçə il sonra “Dəlilər” serialında German Fillipsi oynayıb. 2006-cı ildə Brodvey teatrında qoyulan “Börli Qreyms” tamaşasında baş qəhrəmanı oynayıb. Mozes hazırda həyat yoldaşı Enni Lyaruss və iki oğlu ilə  Los-Anceles şəhərində yaşayır. 2008-ci ildə “Ayıq başla” filmində epizodik rol oynayıb. 2010-cu ildə “Məyus evdar xanımlar” serialına dönüş edib və dəvət olunmuş aktyor kimi altıncı mövsümün finalında görüntülənib. Yeddinci mövsümdən etibarən daha çox epizodlara çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%B7%D0%B5%D1%81,_%D0%9C%D0%B0%D1%80%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç